Polis polkovniki hamilə qadını döyüb? – Video
Polis polkovniki hamilə qadını döyüb? – Video
26 Avqust 2016 / 17:32 / Baxış sayı: 1202
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda yol polisi ilə sürücü arasında mübahisə yaşanıb. Lent.az Baku.ws-a istinadən xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb. Səhər saatlarında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev (DYP 10 AP 400) bir avtomobili saxlayıb.

Həyat yoldaşını işə aparan şəxsə yaxınlaşan polis işçisi avtomobili yolun kənarından götürməyi tələb edib. Sürücü o anda polisdən xahiş edib ki, həyat yoldaşı hamilədir və burada düşməyini xahiş edib. Xəbərdə bildirilir ki, buna baxmayaraq Rəşadət Babayev ərinin yanında qadını söyüb. Bundan əsəbləşən sürücü isə avtomobildən düşərək polislə mübahisə edib. Rəis müavini sürücüyə sillə vurub və onu da söyüb.
Hadisəni kənardan görən mühafisəçi də məsələyə müdaxilə edib. Ancaq polis işçisi ona da arxadan təpik vurub. Lent.az-ın məlumatına görə, qafqazinfo saytının əçəkdaşları Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayevlə danışa biliblər.
O,  məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, həmin ərazidə dayanma durma nişanı qoyulub: “Bankın işçiləri istəyirdilər ki, nişan olmasın və istədikləri yerdə maşınlarını saxlasınlar. Mən də sürücüyə demişəm ki, maşını ordan götürsün. Sürücü də maşını götürmək istəmədi. Bununla bağlı tədbir görülməsini istədim. Orada yazılıb ki, guya hamilə qadına qarşı hansısa hərəkətlər edilib. Yalan yazıblar. Orada heç bir insident olmayıb. Əgər olsaydı, şikayət edilərdi”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə