bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Polis iki ton narkotik vasitə aşkarladı

1715 oxunma | Tarix: | 1 həftə öncə

İranın Sarvan şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində 2 ton narkotik vasitə müsadirə edilib. Bizimxeber.az xəbər verir ki, qaçaqmalçılar narkotik vasitəni Əfqanistandan İrana keçiriblər. Sarvan şəhəri İranın Sistan-Bəlucistan vilayətində yerləşir.

Vilayətin polis rəisi, general Məhəmməd Qəmbəri mətbuat nümayəndələrinə bildirib ki, sərhəddən külli miqdarda narkotik vasitənin keçiriləcəyi haqqında məlumat aldıqdan sonra əməliyyat hazırlayıblar. Əməliyyata görə qaçaqmalçılar və narkotik vasitə sərhəddə tutulmayıb. Rəis deyib ki, narkotik vasitənin alıcılarını da tutmaq məqsədilə sərhədçilər və polis onların keçməsinə imkan verib. Qaçaqmalçılar izlənilib və Sarvan şəhərində malı satdıqları yerdə həbs ediliblər. Hazırda istintaq aparılır.

XƏBƏRLƏR:  Türk ordusu ilə döyüşə gedən erməni terrorçu batalyonu haqda faktlar (FOTO/VİDEO)

Rəis onu da qeyd edib ki, 2001-ci ildə ABŞ hərbiçiləri Əfqanistana daxil olduqdan sonra narkotik vasitələrin qaçaqmalçılığı artıb. Qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edərək “ağ ölümü” Avropa ölkələrinə daşımağa çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir