Pokemon GO” oynayan valideynlər həbs olunub
Pokemon GO” oynayan valideynlər həbs olunub
02 Avqust 2016 / 18:25 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4
Bizimxeber

Amerikanın Arizona ştatının polisi ikiyaşlı uşaqlarını evdə qoyub  “Pokemon GO” oynamağa gedən ata və ananı həbs edib.

Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli polis Facebook səhifəsində məlumat verib.

Məlumatda bildirilir ki, polisi qonşular çağırıb. Qonşular uşağın həyətdə tək olduğunu görüblər. O ağlayıb və qonşular onu ovundura bilməyiblər. Evdə uşaqdan başqa üç it də olub.

Polislər uşağın atasına zəng vuranda o danışmaq istəməyib və telefonu qapadıb.

Bundan sonra polislər ər-arvad ehtiyatsızlığa və valideynlik borclarını yerinə yetirmədiklərinə görə, onları həbs ediliblər. Onlar məhkəmənin qərarını gözləyirlər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə