“Pobeda” Rostovdan Bakıya 26 manata uçacaq
“Pobeda” Rostovdan Bakıya 26 manata uçacaq
29 Sentyabr 2016 / 14:20 / Baxış sayı: 708
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın “Aeroflot” Şirkətlər Qrupuna daxil olan “Pobeda” aviaşirkəti (loukoster) Rostov-Don şəhərindən yeni beynəlxalq reyslər üzrə – Bakı (Azərbaycan) və Tbilisiyə (Gürcüstan) biletlərin satışına başlayıb.

TASS xəbər verir ki, şirkət yeni marşrutlar üzrə qış cədvəli üzrə biletlərin 30%-ni minimal tariflə – 999 rubla (təxminən 26 manat) təklif edilib. Bu məbləğə bütün rüsum və yığımlar daxildir.

Qeyd edilir ki, “Pobeda”nın təyyarələri Rostov hava limanından Bakıya oktyabrın 30-dan etibarən həftədə 4 dəfə, Tbilisiyə isə 1 noyabr tarixindən həftədə 3 dəfə uçuşlar həyata keçirəcək.

Aviaşirkət payızda Həştərxan, Volqoqrad, Vladiqafqaz və Nalçikə də reyslərə başlayır, Sankt-Peterburqdan uçuşların sayını isə iki dəfə artırmağı planlaşdırır. Bundan başqa, Yekaterinburqdan Krasnoyarsk və Novosibirska da reyslər açılacaq.

Xatərladaq ki, bu ilin iyulunda “Pobeda”nın artıq payıza qədər Rostovdan Bakı, Yerevan, Tbilisi və Samaradan Almatıya bilet satışına başlayacağı haqqında xəbər yayılmışdı. Şirkətin istismarında “Boeing-737-800” (aviaparka 12 təyyarə daxildir, orta yaş – 1 il) tipli təyyarələr var.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə