Planşet təyyarəni yerə endirdi -FOTO
Planşet təyyarəni yerə endirdi -FOTO
30 Sentyabr 2016 / 9:00 / Baxış sayı: 834
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Delta Airlines” aviaşirkətinin təyyarəsi “Samsung” markalı planşetin alışması nəticəsində Mançester şəhərində təcili eniş edib.

Qaynarinfo.Az Technote-yə istinadən xəbər verir ki, Detroyt – Amsterdam uçuşunu həyata keçirmək istəyən təyyarədə olan sərnişinlərdən biri öz “Galaxy Tab S2” planşetini əlindən düşürüb.
Sərnişin planşeti götürmək istəyərkən zaman cihaz əyilərək qızmağa başlayıb və nəticədə yanıb. Yanğın vaxtında söndürülsə də, pilotlar təyyarənin Mançesterdə təcili eniş qərarını alıblar.
Təcili enişdən iki saat sonra təyyarə Amsterdama yenidən yola düşüb. Bu hadisə cihazda olan problemlə deyil, sərnişinin öz səhvi ucbatından baş verib.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə