Pinoçetin 93 yaşlı dul xanımına cinayət işi açılıb
Pinoçetin 93 yaşlı dul xanımına cinayət işi açılıb
20 Avqust 2016 / 13:20 / Baxış sayı: 1358
Font1 Font2 Font3 Font4
Bizimxeber

Çili diktatorunun 93 yaşlı xanımı Auqusto Pinoçeti dövlətin milyon dollar dəyərində olan əmlakını və büdcənin 100 min vəsaitini mənimsəməkdə ittiham olunur. Bizimxeber.az məlumat verir ki, bu barədə The Guardian nəşri yazıb.

Pinoçet Çilinin rəhbəri olduğu 1973-1990-cı illərdə ölkənin birinci xanımı Çili anaları mərkəzinin fonduna rəhbərlik edirdi. Fondun  idarə heyətində isə ancaq mərhum diktatorun xanımı və qızları var idi.

Nəşr məlumat verir ki, istintaqa hələlik 123 milyon dəyərində 118 daşınmaz əmlak (bina və digər tikili) və xanım Lusiyanın minimum 10 milyon dəyərində satdığı mülklər məlumdur.

Eks birinci xanım satılan əmlakların pulu ya xaricə köçürülüb və yaxud sadəcə yoxa çıxıb. Jurnalistlər və müstəntiqlərin fikrincə pullar Vaşinqtonda yerləşən Riggs bankının köməyilə ilə “yuyulub”. Adıkeçən bankda 4 belə pul köçürmə əməliyyatı aşkar olunub.

Prokurorluq diktatorun dul xanımına cinayət işi açmağa hazırlaşır.

Qeyd edək  ki, 2007-ci ildə Lusiya və uşaqları dövlət  fondunun əmlakını mənimsəməkdə təqsirli bilinərək həbs olunub. Lakin Ali məhkəmə onların heç vaxt dövlət qulluqçusu olmadıqları səbəbilə cinayət işini qaldırıb.

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə