Peskov Rusiyanın sui-qəsddə iştirakını təkzib etdi
Peskov Rusiyanın sui-qəsddə iştirakını təkzib etdi
07 Noyabr 2016 / 17:44 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4
Bizimxeber

Peskov Rusiya Federasiyasının Çernoqoriyanın baş nazirinə olan sui-qəsddə iştirakını təkzib etdi.

Bizimxəbər.az saytının verdiyi məlumata görə, rəsmi Kreml bəyan edib ki, Rusiya Çernoqoriyaya qarşı heç bir qanundankənar hərəkətə yol verməyib.

“Biz hər hansı qanundankənar təşkil olunmuş heç bir əməliyyatda adımız hallanmasını qəti surətdə inkar edirik”- Rusiya Federasiyasının mətbuat katibi Dmitriy Peskov jurnalistlərə bəyanat verib.

Verilən sualların arasında Çernoqoriya hakimiyyətinin sui-qəsdlə bağlı Rusiya Federasiyasından hər hansı kömək istəməsi ilə bağlı mövzuya Peskov ” Rəsmi kanallarla heç bir sorğu gəlməyib. Mən artıq xüsusi xidmət orqanlarına belə bir müraciət olunması barədə məlumata malik deyiləm”.

Bu günlərdə Çernoqoriyanın baş prokuroru Milivoy Katniç press-konfransda 16 oktyabr seçki günündə törədilmiş teraktda Rusiyanın iştirakını sübut edən heç bir dəlil olmadığını bildirmişdi.

16 oktyabrda Çernoqoriyada  törədilmiş terakta görə 20 Serbiya vətəndaşı həbs olunub.

Jalə

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə