Pentaqon Putinin əmrindən narahatdır
Pentaqon Putinin əmrindən narahatdır
26 Avqust 2016 / 10:30 / Baxış sayı: 848
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya prezidenti Vladimir Putinin qəfil əmri ilə Xəzər və Qara dəniz donanmalarının da qüvvələri hərəkətə keçib. Pentaqon Rusiya ordusunun növbəti qəfil manevrlərindən narahatdır və Moskvanı qonşular üçün hərbi təhdid yaratmamağa çağırır.

Virtualaz.org xəbər verir ki, bu gün səhərdən Qara dəniz donanmasının 15 gəmisi və Xəzər donanmasının 10 gəmisi, o cümlədən 4 mindən çox hərbçi və 300 vahid döyüş texnikası qəfil yoxlamalar çərçivəsində həyacan siqnalı ilə hərəkətə gətirilib.

Qara dəniz donanmasından gəmi zərbə qruplaşması, sualtı qayıqlara qarşı zərbə qrupu və desant gəmiləri döyüş manevrlərinə çıxıblar. Xəzər donanmasından isə raket gəmiləri “Qrad Sviyajsk”, “Velikiy Ustyuq”, “Uqliç” təchizat gəmilərinin müşaiyəti ilə təyin olunmuş manevr zonasına hərəkət ediblər.

Habelə qoşunların qəfil döyüş yoxlaması çərçivəsində Qərb dairəsinin qırıcı aviasiyası havaya qaldırılıb və NATO sərhədləri boyu uçuşlara başlayıb. Pentaqon avqustun 25-də bəyan edib ki, Rusiyanın növbəti qəfil manevrlərindən narahatdır və Moskva silahlar üzərində nəzarətə dair öhdəliklərini yerinə yetirib qonşular üçün hərbi təhdid yaratmamalıdır.

Müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, qoşunların qəfil əmrlə hərəkətə gətirilməsinin məqsədi strateji əhəmiyyətli cənub-qərb istiqamətində mümkün böhranların lokallaşdırılması üçün silahı qüvvələrin hazırlığını yüksəltməkdir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə