Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Pekin Vaşinqtona səsləndi: “İrana sanksiyalar…”

710 oxunma | Tarix: | 1 həftə öncə

Pekin Vaşinqtonu Tehrana birtərəfli sanksiya və təzyiq siyasətindən imtina etməyə çağırıb. Bu haqda Çinin Yaxın Şərq işləri üzrə xüsusi nümayəndəsi Çjay Szyun brifinqdə məlumat verib. “Çin tərəfi hesab edir ki, Birləşmiş Ştatlar birtərəfli sanksiyalardan əl çəkməli və İrana qarşı hədsiz təzyiqləri dayandırmalıdır, çünki yalnız bununla problemin ilkin düzgün həll yoluna qayıtmaq olar”, – Szyun deyib.

XƏBƏRLƏR:  Rumıniya prezidentini seçir

Szyun İranın hərəkətlərinin və bütövlükdə Yaxın Şərqdəki mövcud gərgin vəziyyətin Amerika siyasətinin və ABŞ-ın İranın nüvə proqramı ilə əlaqədar Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasının nəticəsi olduğunu vurğulayıb.

Çinli diplomat bütün tərəflərin, o cümlədən İranın Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərinə əməl edəcəyinə, öhdəliklərini yerinə yetirəcəklərinə və gərginliyin azalmasına səbəb olan tədbirlər görəcəyinə” ümid etdiyini qeyd edib.
Xatırladaq ki, ötən günlərdə tehran Fordo yeraltı nüvə obyektində uranın zənginləşdirilməsi prosesini bərpa edib. Bu barədə məlumat verən İran Atom Enerjisi Təşkilatı “bütün addımların MAQATE-nin nəzarəti altında atıldığını” vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir