Paytaxtda nəzarətdən kənar qalan avtobuslar…
Paytaxtda nəzarətdən kənar qalan avtobuslar…
29 Sentyabr 2016 / 15:52 / Baxış sayı: 1324
Font1 Font2 Font3 Font4
Bizimxeber

Paytaxt yollarında ictimai nəqliyyatda baş verən özbaşınalıqlar davam edir. Hər nə qədər yeni model avtobuslar alınsa da , kartla ödəniş sisteminə keçilsə də mərkəzdən kənarda hərəkət edən avtobuslar yenə də nəzarətsiz qalır. Nəqliyyat Departamenti sadəcə mərkəz yollaramı nəzarət edir ? Digər yollarda hərəkət edən avtobuslara nəzarət hansı quruma aiddir ?

Xətai metro stansiyası istiqamətində hərəkət edən oturacaqsız və çirkli avtobuslar bir çoxumuza rast gəlib. Bizimxeber.az saytına daxil olan məlumata görə,  21 saylı avtobusun sürücüsü tutulan iradlara rəğmən təmizliyə cavabdeh olmadığını kobudluqla bildirib.

Nəqliyyat Nazirliyinin “qaynar xətt”inə  və “Bakısərnişinnəqliyyat” ASC-nin “qaynar xətt”inə  müraciət etsək də telefonlarımız cavabsız qaldı.

Bizimxeber.az

 20160929_15031220160929_145126



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə