Payız tətili günləri açıqlandı
Payız tətili günləri açıqlandı
12 Oktyabr 2016 / 15:30 / Baxış sayı: 1104
Font1 Font2 Font3 Font4
Bizimxeber

Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb. Nazirlikdən bildirilib ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib.

Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. 2016-2017-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixdə olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə