Paralimpiyaçı olimpiya çempionundan daha sürətli qaçdı
Paralimpiyaçı olimpiya çempionundan daha sürətli qaçdı
13 Sentyabr 2016 / 19:39 / Baxış sayı: 290
Font1 Font2 Font3 Font4
Bizimxeber
2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 1500 metr məsafəyə qaçışın qalibi olimpiya çempionundan daha sürətli olub.
Əlcəzairdən olan paralimpiyaçı Abdellatif Baka bu məsafəni 3 dəqiqə 48,29 saniyəyə qaçıb. Efiopiyalı Tamir Demiss 3 dəqiqə 48,59 saniyəyə qaçaraq ikinci, Keniyadan olan paralimpiyaçı Henri Kirve isə 3-cü olub. Abdellatif Bakanın qardaşı Fuad Baka isə 3 dəqiqə 49,59 saniyə ilə finişə dördüncü çatıb.
Halbuki son olimpiya çempionu, ABŞ idmançısı Mettyü Tsnetroviç bu məsafəni 3,5 dəqiqəyə qaçıb. Bu isə paralimpiyaçıların mübarizəsində ilk 4 yeri tutanların göstəricilərindən də zəifdir. Amma Tsnetroviç 108 il ərzində 1500 metrlik məsafəyə qaçışda olimpiya çempionu olan ilk ABŞ idmançısıdır.(“Report”)
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə