Papanın Tiflis və Bakı səfəri başlayır
Papanın Tiflis və Bakı səfəri başlayır
30 Sentyabr 2016 / 10:51 / Baxış sayı: 644
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Roma Papası Fransiskin Gürcüstana və Azərbaycana səfəri başlayır.

Papa hər iki ölkədə siyasi və dini liderlərlə görüşlər keçirəcək.

Üçgünlük səfər çərçivəsində Papa Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək. Oktyabrın 1-də Fransisk Mixail Meshi adına stadionda dini ayin keçirəcək. Bundan sonra o, Gürcüstan katolik kilsəsinin nümayəndələri ilə görüşəcək.

Oktyabrın 2-də səhər saatlarında Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri “Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıbş

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə