Papanın çıxış mətni dəyişdirilməlidir -Ekspert
Papanın çıxış mətni dəyişdirilməlidir -Ekspert
07 Sentyabr 2016 / 15:22 / Baxış sayı: 696
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıdan Vatikana qarşılıqlı mesaj göndərilməlidir ki, Roma Papasının çıxışının mətninə göz gəzdirsinlər.

Qaynarinfo.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu qeyd edib ki, Roma Papası sentyabrın 30-da Azərbaycana gələcək: “Vatikandan verilən açıqlamaya görə, Roma Papası Fransiskin Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək. Roma Papası iki ay əvvəl Ermənistana getmiş, orada “soyqırım” abidəsini ziyarət etmiş, “soyqırım olub” demiş, üstəgəl İrəvanda bizi qıcıqlandıran “Azərbaycana gedərkən orada Ermənistanda gördüyüm həqiqətlər barədə danışacağam və deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməməkdə möhtəşəm heç nə yoxdur” fikirini dilə gətirmişdi”.

“Erməniləri gözlədiklərindən də çox məmnun edən Roma Papası indi Bakıda “hamınız qardaşıq” açıqlamasıyla bizə nə demək istəyir”?

Politoloq bildirib ki, əgər Roma Papası bununla Azərbaycanda bütün dinlərin və millətlərin sülh və həmrəylik şəraitində yaşadığına işarə edirsə, çox sağ olsun: “Yox əgər işğalın davamına rəğmən, bizə ermənilərlə “qardaş” olmağa səsləyirsə, onda indidən Bakıdan Vatikana qarşılıqlı mesaj göndərilməlidir ki, Roma Papasının çıxışının mətninə göz gəzdirsinlər. Azərbaycana Roma Papası ilk dəfə deyil gəlir. Keçmiş papa nə bizə hansısa “şüarla” ağıl öyrədirdi, nə də bizə Qarabağı unutmağı tövsiyyə edirdi”.
Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə