Pan Qi Mun istəyir ki, BMT-yə qadın rəhbərlik etsin
Pan Qi Mun istəyir ki, BMT-yə qadın rəhbərlik etsin
16 Avqust 2016 / 11:43 / Baxış sayı: 442
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Şəxsən mən istərdim ki, bundan sonra BMT-yə qadın rəhbərlik etsin”.

Assosiated Press agentliyinin verdiyi xəbərə görə, bunu BMT baş katibi Pan Qi Mun bəyan edib.

“BMT-yə ilk dəfə qadının rəhbərlik etməsinin əsl zamanı gəlib. Lakin bu məndən asılı deyil”, – deyə Pan Qi Mun bildirib.

Qeyd edək ki, Pan Gi Munun səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır. BMT Təhlükəsizlik Şurası yeni baş katibin namizədliyini Baş Assambleyaya tövsiyə etməlidir.

Hazırda BMT baş katibi postuna 5-i qadın olmaqla 11 nəfər namizəddir. Bağlı qapılar arxasında keçiriləcək seçkilərin üçüncü turu avqustun 29-a təyin olunub. İlk iki raund iyulun 21-i və avqustun 5-də baş tutub. Məlumatlara görə, seçkilərdə Portuqaliyanın sabiq baş naziri, 2015-ci ilədək BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı olmuş Antoniu Qutyerreş liderlik edir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə