Pərviz Müşərrəf həbs olunacaq
Pərviz Müşərrəf həbs olunacaq
28 Noyabr 2016 / 22:23 / Baxış sayı: 862
Font1 Font2 Font3 Font4
Bizimxeber

Pərviz Müşərrəfin həbsinə order verilib

Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.
O, 2006-cı ildə əyalət millətçilərinin lideri Akbar Buqtinin ölümündə ittiham edilir.
Bu ittiham üzrə məhkəmə cari ilin yanvar ayında Pərviz Müşərrəfə bəraət vermişdi. Bundan sonra A.Buqtinin oğlu Camil Buqti apelyasiya şikayəti edib və yenidən sabiq prezidentin həbsinə order verilib.
Pərviz Müşərrəf Dubayda yaşadığından məhkəməyə qədər onun saxlanılması haqqında hələlik heç nə deyilmir. Onun hazırda Dubayda olduğu bildirilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə