Özünü qatarın altına atan kişi borcunu inkar etdi
Özünü qatarın altına atan kişi borcunu inkar etdi
01 Dekabr 2016 / 16:18 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4
Bizimxeber
“Koroğlu” metrostasiyasında özünü qatarın altına atan 65 yaşlı Nəsir Əhmədov intihar cəhdinə aydınlıq gətirib.

Bizimxeber.az  xəbəbr verir ki, Nəsir Əhmədov AzNews.az-a açıqlamasında qəflətən başı fırlanıb yıxıldığın qeyd edib:

“Yaxşıyam. Ayağımı gipsə salıblar. Ağrım-acım yoxdur. Səhər həkimə gedəcəm, gipsi açacaqlar. Mən özümü atmamışam. Yalan yazıblar. Təzyiqim artıb, başım fırlanıb, yıxılmışam. Özünü qatarın altına atan şəxs sağ-salamat gəzər? İzahat da vermişəm ki, ayağım səkiyə dəyib, yıxılmışam. Nə kredit? Nə borc?”

Nəsir Əhmədov ailəsini aldadıb məlumat alan şəxslərdən şikayət edəcəyini vurğulayıb:

“Mən şikayət edəcəyəm. Evdə uşaq olub. Aldadıblar ki, “sizə yardım edəcəyik”. Şirkət adı ilə uşadan yalandan məlumat alıblar. Borcumun olması mənim şəxsi işimdir. Mən bilərəm.”

Nəsir Əhmədovun həyat yoldaşı Yaqut Əhmədova qızının mebeli üçün borclu olduqları kreditin ödənildiyini deyib:

“Nəsir yaxşıdır, çay içir, vəziyyəti də əladır. Sabah həkimə aparacayıq, baxacaqlar. Sağ olsun, həkimlər ona yaxşı baxıblar. Dərman aldıq, amma atmadı. Çünki ağrısı yoxdur. Krediti də ödədik, heç nə qalmayıb. Özümüz də əlayıq.”

Noyabrın 30-da səhər 09:20 radələrində metroda intihara cəhd qeydə alınıb. 1951-ci təvəllüdlü, Nardaran sakini olan Əhmədov Nəsir Əlihüseyn oğlu özünü “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. Faktla bağlı araşdırmaya başlanılıb.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə