Övladının toyuna 1 milyard avro xərclədi, indi biznesini satır… – FOTO
Övladının  toyuna 1 milyard avro xərclədi, indi biznesini satır… – FOTO
06 Oktyabr 2016 / 15:05 / Baxış sayı: 1976
Font1 Font2 Font3 Font4
Bizimxeber

Banklardan, topdansatış tərəvəz bazalarından, otellərdən, prodüser mərkəzlərindən və neft buruqlarından ibarət qəribə konqlomerat yaratmış, Azərbaycanda da neft yataqlarına sahib olan milyarder Mixail Qutseriyev ətrafında müəmmalı hadisələr baş verir.

Bizimxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, deyəsən, inquş əsilli oliqarx oğluna əfsanəvi toy mərasimi təşkil edəndən sonra Rusiyada necə deyərlər, dilə-dişə düşüb və hakimiyyətdə ona qarşı münasibət yenidən dəyişib. Əks halda oğlunun toyuna Britaniyanın “The Daily Mirror” qəzetinin yazdığı kimi 1 milyard avro xərc çəkən bu neft maqnatı nədən Moskvadakı bəzi aktivlərini tələm-tələsik satmağa qərar verib?
Xatırladaq ki, Qutseriyevin oğlu Səidlə inquş ailədən olan Xədicənin toyu bu ilin martında olub. Azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılovun “Safisa” şadlıq sarayında keçirilən toy o qədər dəbdəbəli keçmişdi ki, Rusiya maqazin mediasının yazdığı kimi, ölkə hələ belə dəbdəbə, təm-təraq görməmişdi. Səidlə Xədicənin toyunda Ceniffer Lopes, Stinq, Enrike İqlesias, Patrisia Kaas və digər pop-ulduzlar oxumuşdu, gəlin brilyant qaşlarla bəzədilmiş gəlinlik libası geymişdi. Qutseriyev bununla da kifayətlənmədi, oğluna Londonda daha bir toy mərasimi (Moskvadakı kimi dəbdəbəli olmasa da) keçirdi.
İndi isə Rusiya mənbələri xəbər verir ki, Qutseriyev bu günlərdə Moskvadakı kommersiya daşınmaz əmlak aktivlərinin xeyli hissəsini satışa çıxarıb. Bura “Hilton Moskow Leningradskaya”, “Holiday İnn Sushevskiy”, “Holiday İnn Lesnaya” otelləri daxildir. Bu, Qutseriyevin otel biznesinin az qala yarısıdır. Müşahidəçilər təəccüblənirlər ki, biznesmen otel biznesində işlərin yaxşı getdiyi bir vaxtda aktivlərini niyə satır?
Ancaq belə məlum olub ki, hər üç otel VTB bankdan götürülmüş 390 milyon dollar kreditə görə girovdur. Hərçənd ki, otellər satılsa belə bu krediti ödəməyə bəs etməyəcək. Çünki üç aktivin indiki bazar qiyməti təqribən 170 milyon dollar qiymətləndirilir. Əvvəlcə belə təxmin edilirdi ki, Qutseriyev otelləri boru qaytarmağa çalışdığı görüntüsü yaratmaq üçün formal olaraq satışa çıxarıb. Ancaq ortada alıcı da var – “Sistema” maliyyə korporasiyasının direktoru Vladimir Yevtuşenkov. Hansı ki, Qutseriyev 2007-ci ildə Putinin qəzəbinə tuş gəlib Rusiyadan qaçmağa məcbur olanda “Russneft”i məhz tələsik ona satmışdı. Geri qayıdanda isə şirkətini təzədən aldı.
Qutseriyevlə bağlı digər xoşagəlməz vəziyyət Moskvada bu günlərdə yanan və 8 yanğınsöndürənin həlak olmasına səbəb olan topdansatış anbarı ilə bağlıdır. Həmin anbarın sahibi “Viktoriya” QSC-nin direktoru İsrail Oskanovdur. O, Qutseriyevin partnyorudur, hətta ailə klanının üzvüdür və yanğın təhlükəsizliyi ilə bağlı normaların kobud şəkildə pozulmasına yol verib. Ancaq hələlik onu həbs etməyiblər.
Qeyd edək ki, Qutseriyev Azərbaycanda quruda yerləşən bir neçə neft yatağını alıb. 2008-ci il, fevralın 3-də M.Qutseriyevin Londonda yaratdığı, öz strukturlarında “Abşeron Operating Companu Limited” (“Zığ” və “Hövsan” yataqlarını işləyir), “Karasu Operating Companu” (“Kəlamətdin” və “Mişovdağ”), “Kura Valey Operating Company” (“Padar-Hərəmi”), “Neftçala İnvestments Limited” (“Neftçala”, “Xıllı”, “Durovdağ-Bazanan”), “Binagadi Oil Companu” (“Binəqədi”, “Qırmakı”, “Çaxnaqlar”, “Sulutəpə”, “Masazır”, “Fatmayı”, “Şabandağ” və “Sianşor”) şirkətlərini birləşdirən “Qlobal Enerji Azərbaycan Ltd.” şirkəti ARDNŞ-lə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.
 
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə