Orta məktəblər ilə liseylər arasında təhsil fərqi niyə yüksəkdir? – Ekspert danışır
Orta məktəblər ilə liseylər arasında təhsil fərqi niyə yüksəkdir? – Ekspert danışır
26 İyul 2016 / 13:58 / Baxış sayı: 684
Font1 Font2 Font3 Font4
Bizimxeber

Abituriyentlərin ali məktəb imtahanlarının nəticələri açıqlandı. Ümumi göstəricini nəzərə alsaq, nəticələr ürək açan deyil. 

22 min şagirdin 0-200 bal arasındakı göstəricisini, orta məktəb imtahanında 36 min şagirdin ana dili fənnindən “2” alması təhsilimizin köklü problemlərin göstəricisidir. Amma bəzi litsey və gimnaziyaların göstəricilərinə fərdi şəkildə nəzər salsaq. müsbət göstəricilərin olduğunu görərik.

Məlumat üçün qeyd edək ki, Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyasının bir sinfinin 8 şagirdi ali məktəbə qəbul imtahanında 650-dən yuxarı, 9 şagirdi isə 600-dən yuxarı, Bakı şəhərində bir sıra liseylərin məzunlarının 700 bal topladığını görürük.

Bəs litsey və gimznaziyalarla orta məktəblərdəki tədris arasındakı fərqi nədədir?

Bununla bağlı “Qaynarinfo.Az”a danışan təhsil eksperti, filologiya elmləri namizədi Vurğun Əyyub bildirib ki, orta məktəbdə şagirdə bilik öyrətmək əvəzinə ondan nəsə almaq, əldə etmək arzusu hökm sürür.

Vurğun Əyyub qeyd edib ki, istisnalar qanunauyğunluqları dəyişmir: “Məsələ burasındadır ki, Azərbaycanda orta məktəblər öz funksiyasını yerinə yetirə bilmir. Söhbət ondan getmir ki, universitetə qəbul olan şagirdlərin sayı nə qədərdir? Bəllidir ki, ali məktəbə qəbul olan məzunların sayı ilə orta məktəbi bitirən məzunların sayı arasında fərq çox böyükdür. Orta məktəblər Azərbaycan gəncliyinə yüksək təhsil vermək imknanıda deyil. Onlar öz vəzifəsinin öhdəsindən gələ bilmir”.

Ekspertin sözlərinə görə, yüksək bal toplayan abituriyentlərin çoxunda repititorların əməyi var: “Məktəblərin öz fünksiyasını yerinə yetirə bilməməsinin səbəbləri müxtəlifdir. Kadr çatışmazlığı, orta məktəbdə şagirdə bilik öyrətmək əvəzinə ondan və valideyinindən nəsə almaq, əldə etmək arzusu var. Tək-tək məktəblər təhsil vermək fikrindədi və nəticələri olur. Amma bu ölkə miqyasında olan orta məktəblərin sayı ilə müqayisədə çox azdır. Digər tədəfdən araşdırsanız görərsiz ki, qəbul olanların əksəriyyəti orta məktəblərdə deyil, repititorlar yanında hazırlıq keçib”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə