Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Oqtay Güləliyevin vurulmasının sui-qəsd olması araşdırılacaq (RƏSMİ)

1190 oxunma | Tarix: | 2 həftə öncə

Oktyabrın 29-da Səməd Vurğun bağının yanında yolu keçmək istəyən hüquq müdafiəçisi Oqtay Güləliyev piyada keçidinin üstündə avtomobil tərəfindən vurulub. Sosial şəbəkələrdə hadisənin videogörüntülərini müzakirəyə çıxaran istifadəçilər bunun qəza yox, qəsd olduğunu iddia edirlər.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, baş vermiş yol nəqliyyat hadisəsi hərtərəfli araşdırılır:”Bütün işlər qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə araşdırılır  və günahkar üzə çıxır. Heç bir iş dırnaqarası araşdırılmır. Vətəndaşlar belə hesab edir ya etmir, əldə videogörüntü və s. varsa, təbii bunların əsasında da araşdırma aparılır. Həmin görüntülər də aparılan işə əlavə edilir.

Ümumilikdə kimsə “bilərəkdən vurulub” deyirsə də, bu, mənim üçün inandırıcı deyil. Məgər həmin vətəndaşın düşməni var?!”. V.Əsədov sürücünün fikirli olmasını da istisna etməyib: “Ola bilsin sürücü fikirli olub, yaxud başqa səbəb var piyadanın vurulmasına. İstənilən halda araşdırılıb ictimaiyyətə cavab veriləcək. Sosial şəbəkələrdəki iddialar da materiallara əlavə ediləcək, aydınlaşdırılacaq. Təbii ki, bilərəkdən vurulma varsa, bu, sui-qəsd hesab olunur və daha ağır cəza veriləcək”.
Qeyd edək ki, Oqtay Gülalıyev hazırda 1 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

XƏBƏRLƏR:  Polis məktəbli qızın qətl xəbərini təkzib edir– Rəsmi açıqlama

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir