Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Oqtay Gülalıyev əməliyyata götürüldü: Vəziyyəti kritikdir (YENİLƏNİB)

1770 oxunma | Tarix: | 2 həftə öncə

Həkimlər bu gün vəziyyəti daha da ağırlaşan Oqtay Gülalıyev əməliyyata götürülüb. Bu haqda jurnalist Ramin Deko sosial şəbəkədə məlumat verib. 

Yaxınlarının verdiyi məlumata görə, bu gün onun beynində qanın həcmi artıb. “Anam indilərdə görə bilib, deyir, gözlərindən birində bərəlmə var. Süni nəfəs verirlər. Dualarım atamladır”, – oğlu yazıb. Həkimlər əməliyyatın 3 saat çəkə biləcəyini bildirib.

12.14
Səhiyyə Nazirliyi dünən gecə avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin durumu ilə bağlı məlumat yayıb. 
Nazirliyin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib: “Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.
Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. O. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.
Qeyd edək ki, ötən gün axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi Bakının Nəsimi rayonunda yolu keçərkən avtomobil vurub.
XƏBƏRLƏR:  Azərbaycanda icra başçıları sahibkarlara hansı problemləri yaradır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir