OPEK-in hasilatı rekord həddə çata bilər
OPEK-in hasilatı rekord həddə çata bilər
03 Oktyabr 2016 / 14:58 / Baxış sayı: 630
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu ilin sentyabr ayı nəticəsində OPEK ölkələri üzrə neft hasilatının həcmi İraqın ixracı artırması və Liviyada 3 əsas neft terminalının işini bərpa etməsi səbəbindən rekord həddə çata bilər.

“Reuters”in verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının hasilatı azaltması və Əlcəzairdə əldə olunan razılaşmaya baxmayaraq, OPEK hasilatı artırmağa davam edib. Qeyd edək ki, OPEK üzvü olan ölkələr sentyabrın 26-28-də Əlcəzairdə keçirilən qeyri-formal sammitdə neft hasilatının 250-750 min barel/gün azaltmaq qərarına gəliblər.

Agentliyin hesabatına əsasən, sentyabrda OPEK-in orta gündəlik neft hasilatı 33,6 mln. barel təşkil edib ki, bu da avqustun analoji göstəricisindən 0,3% çoxdur. OPEK-in hasilatı artırması, noyabrda Vyanada keçiriləcək və hasilatın azaldılması qərarının rəsmiləşdirilməsi gözlənilən növbəti sammit öncəsi investorlar arasında çaşqınlıq yaradıb.

İsveçin ən böyük banklarından olan “SEB AB”ın əmtəə bazarları üzrə baş analitiki Byarn Şildropa görə, razılaşmanın əldə olunmasına baxmayaraq, qarşıda hər bir ölkənin hasilat kvotalarının müəyyənləşdirilməsi kimi çətin məsələ durur.

“Report”un analitik qrupu daha öncəki təhlillərində olduğu kimi, neft qiymətlərinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyini proqnozlaşdırır. Noyabrın 30-da keçiriləcək Vyana sammitinə qədər qiymətlərin ancaq ABŞ-dakı prezident seçkilərinin nəticəsindən asılı olaraq bu diapazondan çıxma ehtimalı var.

Gələn il üçün isə neft qiymətlərinin 30-45 dollar/barelə qədər azalacağı gözlənilir. Buna səbəb ABŞ-da artan aktiv neft quyuları sayının şist neft hasilatını artıracağı və neft tələbinin azalacağı amilləri ola bilər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə