OPEC-lə Rusiya arasında danışıqlar başlayacaq
OPEC-lə Rusiya arasında danışıqlar başlayacaq
05 Avqust 2016 / 10:50 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Biz yaxın zamanda OPEC üzvləri və Rusiya başda olmaqla təşkilata daxil olmayan ölkələrin görüşünü təşkil etmək üçün böyük səy göstəririk”. “Reuters” agentliyinin xəbərinə görə, bunu Venesuela prezidenti Nikolas Maduro bildirib.

Prezident, həmçinin qeyd edib ki, avqustun 4-də ölkəsinin neft sənayesi naziri Euloxio del Pino OPEC sədri Mühəmməd Barkindo ilə danışıqlar aparıb. Dövlət başçısı deyib ki, əsas məqsəd neft qiymətlərinin minimal həddini 40 dollar/bareldə sabitləşdirmək və 50-60 dollar/barelə doğru artmasına zəmin yaratmaqdır.

Xatırladaq ki, OPEC-in iyunun 2-də Vyanada keçirilən son iclasında iştirakçı ölkələr ümumi razılığa gələ bilməyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə