“Onun meyidi ekspertizadan keçməyib”-direktor
“Onun meyidi ekspertizadan keçməyib”-direktor
09 Avqust 2016 / 16:58 / Baxış sayı: 678
Font1 Font2 Font3 Font4
Bizimxeber

“İltihablı ayağının yerinə səhvən sağlam ayağı kəsilən 87 yaşlı Tərlan Məmmədovanın ölümünün hansı səbəbdən baş verməsi barədə bizdə məlumat yoxdu. Çünki onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilməyib”.

Bunu “Report”a birliyin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, müstəntiqlər mərhumun meyitinin yarılması məqsədilə onun evinə getsələr də, ailə üzvləri buna razı olmayıb.

Xatırladaq ki, 87 yaşlı qadın iyulun 31-də vəfat edib.

Qeyd edək ki, bu il iyun ayında Xüsusiləşdirilmiş Angioloji Mərkəzində şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməsi diaqnozu ilə əməliyyata alınmışdı. Lakin həkim-cərrah Valeh Kərimov yanlışlıqla onun iltihablı sol ayağı əvəzinə sağlam ayağını kəsmişdi. Sonra o biri ayağı da amputasiya edilmişdi. Həmin fakt üzrə Cinayət Məcəlləsinin 131.2-ci (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. Səhiyyə Nazirliyinin kollegiyası həkim-cərrah V.Kərimovu vəzifədən azad edilib, əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Əfsər Rzazadəyə də sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski tutduğu vəzifədən azad edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə