Online mediyaya dövlət yardımı artırılacaq?  
Online mediyaya dövlət yardımı artırılacaq?  
12 Oktyabr 2016 / 13:12 / Baxış sayı: 1190
Font1 Font2 Font3 Font4
Bizimxeber
Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, mən bu məsələni bir neçə dəfə gündəmə gətirmişəm. 
“Medianın indiki zamanında online media istər məlumatların toplanmasında, yayılmasında, ictimai fikrin formalaşmasında daha çox rol oynayır. Ona görə də mən düşünürəm ki, necə ki yazılı mətbuata (qəzetlərə) dövlət dəstəyi verilir, eyni zamanda ictimai fikrə təsir edən xəbər portallarına da yardım etmək günün tələbidir. Bununla bağlı bir neçə dəfə parlamentdə çıxış etmişəm ki, məsələ öz həllini tapsın”.

Ayrılacaq məbləğin bölgüsü ilə sualları cavablayan deputatın sözlərinə görə, bu barədə indidən danışmaq biraz tez olar, əvvəlcə məbləğ əldə olunmalıdır.

“Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) tərəfindən yazılı mətbuata yardım edilir. Belə düşünürük ki, online mediaya da dəstək üçün bu mediaya KİVDF-nun büdcəsini artırmaq lazım olacaq. Hələlik məsələlər müzakirə olunur. Mənim fikrimcə nə qədər ki, yazılı mətbuat kimi online media reklamla bağlı problemlərini həll edə bilməyib, reklam gəlirləri hələ kifayət qədər deyil ona görə də o müddətə qədər dövlətin online mediaya da yardım etməsi jurnalistikanın inkişafına gətirib çıxara bilər”.

Artıq hər sahədə olduğu kimi jurnalistika da dövrün tələblərinə uyğun fəaliyyətini genişləndirir. Bir zamanlar yalnız ənənəvi (qəzet) mətbuat insanların  həyatında önəmli yer tuturdusa indiki dövrdə öz yerini online (saytlar) mediaya verib. Dövlət tərəfindən zaman-zaman yazılı mətbuata yardım edilir. Ancaq son zamanlar jurnalistikanın inkişafı üçün online mediaya da dövlət tərəfindən yardımın vacibliyi vurğulanır.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə