“Onların getdiyi yerdə də terror olur” – “Beşiktaş”ın kapitanı
“Onların getdiyi yerdə də terror olur” – “Beşiktaş”ın kapitanı
23 İyul 2016 / 20:36 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin “Beşiktaş” klubunun futbolçuları – Tolqa Zəngin və Nəcip Uysal komandanın hazırlıq keçdiyi Avstriyada mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Bizimxeber.az  xəbər verir ki, jurnalistlər almaniyalı hücumçu Mario Qomes və argentinalı yarımmüdafiəçi Xose Sosanın “Beşiktaş”dan ayrılması haqda komandanın kapitanı Tolqaya sual ünvanlayıblar.

“Beşiktaş”ın qapıçısı isə onların Türkiyədən ayrılma səbəbinin terrorla bağlı olmadığını bildirib: “Qomes və Sosanın ötən ilki çempionluqda böyük zəhmətləri var. Getmələrini istəmərik. Kaş ki qalaydılar. Nə rəhbərlik, nə baş məşqçi, nə bizim onların verdikləri qərarlarda edə biləcəyimiz bir şey yoxdur. Bunların terror və ya başqa mövzularla əlaqəsi yoxdur. Terror hər yerdə var. Dünən Almaniyada da məyusedici hadisə oldu. Fransada da oldu. Dünyanın hər yerində belə hadisələr baş verir. Onları da anlayışla qarşılamaq lazımdır, ailələri var. Mən olsam, belə bir qərar verməzdim. Bu onların öz seçimidir. Ancaq getdikləri yerdə də belə hadisələr ola bilir. Terror bütün yer kürəsində var”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə