“Ölülər XXI əsr” komediyasının premyerasında baş verənlər (FOTO/VIDEO)
“Ölülər XXI əsr” komediyasının premyerasında baş verənlər (FOTO/VIDEO)
23 Sentyabr 2016 / 10:30 / Baxış sayı: 890
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Park Cinema” kinoteatrlar şəbəkəsinin “Metro Park” ticarət mərkəzində yerləşən kinoteatrında “Planeta Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Tahir İmanovun “Ölülər XXI əsr” filminin premyerası keçirilib. 

Tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri – yazıçılar, bəstəkarlar, rejissorlar, aktyorlar, prodüserlər olub.
Qonaqlar arasında Azərbaycan Yazıçılar İttifaqının (AYB) sədri, xalq yazıçısı Anar, xalq artistləri Fəxrəddin Manafov, Məbud Məhərrəmov, Fuad Poladov, Valeh Kərimli, xalq artisti, bəstəkar Faiq Sücəddinov, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, əməkdar incəsənət xadimi, teatrşünas İlham Rəhimli və başqaları var idi.
Filmdə baş rollardan birini oynayan aktyor Valeh Kərimov yaradıcı heyəti premyera münasibətilə təbrik edib.
“Bu filmi Tahir İmanovun böyük zəhmətinin nəticəsidir. Çəkilişlər zamanı aktyorların işləməsi üçün bütün şərait yaradılmışdı. Etiraf edim ki, Tahir İmanovla çalışmaq heç də hər zaman asan deyildi, o tələbkardır, dəqiqliyi sevir. Rejissor belə də olmalıdır.Tahir İmanov Azərbaycanı sonsuz dərəcədə sevən bir insandır. Çəkilişlər zamanı o, ölkməzin elə mənzərəli yerlərini seçirdi ki, əminəm, filmə baxdıqdan sonra tamaşaçılar həmin yerlərə mütləq baş çəkmək istəyəcəklər”, – deyə V.Kərimov bildirib.
Mərasimdə həmçinin filmin bəstəkarı Faiq Sücəddinov, baş məsləhətçi, teatrşünas İlham Rəhimli və Tahir İmanov çıxış ediblər.
Tahir İmanov öz çıxışında film üzərində iş prosesnin çoxdan başlandığını bildirib. Film görkəmli Azərbaycan maarifçisi və satirik yazıçısı Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin müasir interpretasiyasıdır.
Daha sonra film tamaşaçılara təqdim olunub. “Ölülər XXI əsr” filmi komediya janrında çəkilib. Pyesin hələ ötən əsrin əvvəllərində yazılmasına baxmayaraq, toxunulan mövzular bu gün də aktualdır və Tahir İmanovun filmində əks olunub.
Filmin ssenari müəllifləri – Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov və Məmmədəli Kazımovdur. Filmin quruluşçu rejissoru- Şuşa (Tahir İmanov), quruluşçu operatoru – Saulyus Lukoçeviçus, quruluşçu rəssamı – Rövşən Mehdiyev, bəstəkarı – Faiq Sücəddinov, rejissorlar – Elman Şeydayev, Ramil Ağasıyev, prodüser – İsmayıl Səfərəli, icraçı prodüser – Mirsalam Mirsalamov, prodüserlər – Tahir İmanov və Cabir İmanovdur.
Filmdə Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova, Elxan Quliyev və başqaları çəkiliblər.\BAKU.WS\
Bizimxeber.az 

 

 

 

 

 

 

 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə