Ölmüş şəxsin imzasıyla mənzilini satdılar -Azərbaycanda
Ölmüş şəxsin imzasıyla mənzilini satdılar -Azərbaycanda
19 Noyabr 2016 / 14:36 / Baxış sayı: 906
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda ölmüş şəxsin imzası və möhrü saxtalaşdırılmaqla mənzili satılıb. 

Bizimxeber.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən noyabrın 10-da şəhər sakini Ələddin Əhmədovun və Göygöl şəhər sakini Eldar Məhərrəmovun Yeni Gəncə qəsəbəsi ərazisində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının sahibi, mərhum şəhər sakini Rövşən Rüstəmovun imzasını və möhürünü saxtalaşdırması, habelə saxta müqavilə əsasında həmyerlisi Elnarə Zeynalovaya həmin binadakı mənizllərdən birini 19.000 manata satması müəyyən edilib.
Araşdırma aparılır.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə