Ölkəyə qanunsuz gətirilən dərmanlar müsadirə olunub
Ölkəyə qanunsuz gətirilən dərmanlar müsadirə olunub
17 Avqust 2016 / 11:40 / Baxış sayı: 548
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

Bizimxeber.az  bildirir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda dərman preparatlarının təsviri görünüb və baqaja təkrar yoxlama keçirilib.

Nəticədə, vətəndaşın çamadanında əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən xeyli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə