Oliqarxın qızılı yaxtasına görə Temza çayında körpünü qaldırdılar
Oliqarxın qızılı yaxtasına görə Temza çayında körpünü qaldırdılar
14 Sentyabr 2016 / 12:21 / Baxış sayı: 352
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dünyanın 25 ən iri yaxtasından biri olan “Ağ Mirvari” bu günlərdə Londonda lövbər salıb. Virtualaz.org xəbər verir ki, rusiyalı oliqarx-milyarder Andrey Melniçenkoya məxsus olan 8 mərtəbəli qızılı yaxtanın Temza çayından keçməsi üçün çayın üzərindəki Tauersk körpüsü qaldırılıb. Dəbdəbəli yaxta Böyük Britaniya kraliçasının “Belfast” hərbi gəmisi ilə yanaşı lövbər salıb.

Yaxtanın qiyməti 400 milyon dolları keçir. Onun içərisində 3 hovuz, gümüş perila, vertolyot meydançası, 42 ekipaj üzvü və qonaqlar üçün kayutlar, bomba zərbəsinə davamlı şüşə örtük var. Hovuzlardan birinin döşəməsi şüşədəndir, ona görə ki, orada üzənlər dənizin altını seyr edə bilsinlər. Yaxta Hamburq tərsanəsində yığılıb, dizayneri fransız Filip Starkdır. Yaxtanın uzunluğu 100.5 metrdir.

Yaxtanın sahibi, 44 yaşlı biznesmen Andrey Melniçenko mifik şəxsiyyətdir, onun barəsində bir çox şaiyələr yayılıb. Sərvəti 10 milyard dollardan çoxdur. Oliqarxın İngiltərədə 40 milyon dollar dəyərində üçmərtəbəli malikanəsi də var. Milyarder serbiyalı model və pop-ulduz Aleksandra Nikoliçlə evlidir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə