Olimpiyaçılarımız sabah Vətənə qayıdır AEROPORTDA TƏNTƏNƏLİ MƏRASİM DÜZƏNLƏNƏCƏK
Olimpiyaçılarımız sabah Vətənə qayıdır AEROPORTDA TƏNTƏNƏLİ MƏRASİM DÜZƏNLƏNƏCƏK
22 Avqust 2016 / 14:43 / Baxış sayı: 644
Font1 Font2 Font3 Font4
Bizimxeber

XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımız, rəsmilərimiz və idman ictimaiyyətinin nümayəndələri avqustun 23-də Rio-de-Janeyro – Bakı çarter reysi ilə Vətənə dönəcəklər.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən milli.az-a bildirilib ki, bununla əlaqədar olaraq avqustun 23-də saat 18:20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda qalib və mükafatçı olimpiyaçılarımızın milli musiqi və rəqs qrupları, könüllülər, idman ictimaiyyəti və idmançıların valideynlərinin iştirakı ilə təntənəli qarşılanma mərasimi keçiriləcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə