Olimpiya Oyunlarında bu gün hansı idmançılarımız mübarizə aparacaq?
Olimpiya Oyunlarında bu gün hansı idmançılarımız mübarizə aparacaq?
15 Avqust 2016 / 11:28 / Baxış sayı: 556
Font1 Font2 Font3 Font4
Bizimxeber

Braziliyada keçirilən Yay Olimpiya Oyunları davam edir.

Mötəbər turnirin XI günündə 7 idmançımız mübarizə aparacaq.

Onlardan Kamran Şahsuvarlı (boks, 75 kq) artıq üçüncü döyüşünə çıxacağı halda, Nazim Babayev (atletika, üçtəkanla tullanma), Anna Osipenko Rodomska (kanoe sprint, kayak 200 m), Saman Təhmasibi (Yunan-Roma güləşi, 85 kq), Sabah Şəriəti (Yunan-Roma güləşi, 130 kq), Yana Alekseyevna (boks, 60 kq) və Elvin Məmişzadə (boks, 52 kq) Olimpiadada debüt edəcəklər.

Olimpiya Oyunları XI gün

Atletika Üçtəkanla tullanma Təsnifat mərhələsi 16:30. Nazim Babayev

Kanoe sprint Kayak, 200 m Təsnifat mərhələsi 16:40. İnna Osipenko Rodomska

Güləş Yunan-Roma 1/16 final 17:00. Saman Təhmasibi (85 kq) – Davit Çakvetadze (Rusiya) 1/8 final 17:40.

Sabah Şəriəti (130 kq) – David Smit (ABŞ)

Boks 1/4 final 18:15. Yana Alekseyevna (60 kq) – Cuna Yin (Çin)

1/8 final 18:30. Elvin Məmişzadə (52 kq) – Oljas Satibayev (Qazaxıstan)

1/4 final 20:00. Kamran Şahsuvarlı (75 kq) – Janibek Alimxanuli (Qazaxıstan)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə