Büdcə çətinliklərini səbəb göstərərək yayınlamayacağını açıqladığı Rio –2016 Olimpiada oyunları youtube-dan canlı yayımlanacaq.

TRT-nin büdcə çətinliklərini səbəb göstərərək yayınlamayacağını açıqladığı Rio –2016 Olimpiada oyunları youtube-dan canlı yayımlanacaq. Oyunların  yayımının lisenziyasına sahib olan  “Saran Group” rəsmiləri TRT ilə keçirilən görüşlərdə bir nəticə əldə olunmadığını bildirdilər.

Bu isə o deməkdir ki, olimpiya oyunları Türkiyə televiziyalarında yayımlanmayacaq. 2016 Rio Olimpiya Oyunlarının televiziyada yayımlanmaması isə  Türkiyəni ayağa qaldırıb. Mövzuyla əlaqədar sosial şəbəkələrdə  bir çox sitəmkar paylaşımlar edilib.

Bizimxeber.az