Olimpiya çempionlarına veriləcək mükafatlar-Siyahıda lider Azərbaycandır
Olimpiya çempionlarına veriləcək mükafatlar-Siyahıda lider Azərbaycandır
12 Avqust 2016 / 12:44 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4
Bizimxeber
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları çərçivəsində Olimpiya qızılına görə dünya ölkələrinin çempionlarına verdikləri pul mükafatının həcmi açıqlanıb. 
“Amerikanın Səsi”nin dərc etdiyi cədvələ əsasən, Azərbaycan siyahıda birinci yerdədir. Siyahıdakı rəqəmə əsasən, Azərbaycan Olimpiya qızılına görə idmançılara 510 min dollar vərəcək. Ancaq Azərbaycan Respublikasının prezidentinin 18 iyul 2016-cı il sərəncamına uyğun olaraq birinci yerin qaliblərinə 400 min manat mükafat veriləcəyi açıqlanıb.
Siyahıda yer alan ölkələr arasında Böyük Britaniya, İsveç, Norveç və Xorvatiya Olimpiya qızılına görə idmançılara heç bir mükafat nəzərdə tutmayıb.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə