“Ölə biləcəyimi gözəl bilirəm” – Akif Çovdarov
“Ölə biləcəyimi gözəl bilirəm” – Akif Çovdarov
26 Sentyabr 2016 / 15:06 / Baxış sayı: 1748
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Kütləvi informasiya vasitələrində səhhətimlə bağlı verdiyiniz müsahibə dərc olunub. Müsahibənizdə səhhətimin normal olduğunu və hər həftə həkim-kordioloq tərfindən müayinə olunduğumu göstərmisiniz. Həmin yalan dolu müsahibəni hansı məqsədlə və kimlərin sifarişi ilə verdiyinizi yaxşı bilirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu həbsdə olan keçmiş MTN generalı Akif Çovdarov Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə İşinin Təşkili İdarəsinin rəisi İftixar Qurbanova göndərdiyi məktubda yazıb. Musavat.com-un yaydığı məktubda A. Çovdarov bildirib ki, xərçəng xəstəliyindən əziyyət çəkir: “Mən 2006-cı ildən ürəyin işemik xəstəliyindən, aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət, səyrici aritmiya, taxsistolik forma xəstəliklərindən əziyyət çəkirəm. Bununla bağlı 2006-cı ilin may ayında Almaniyada ağır cərrahiyyə əməliyyatı keçirmişəm. Həmçinin, 2011-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkirəm və 2011-ci ilin may ayında 6 saatdan artıq çəkən cərrahiyyə əməliyyatı nəticəsində mədəm, öd kisəm və bütün limfa vəzilərim amputasiya olunaraq götürülüb”.

“Verdiyiniz müsahibədən belə görünür ki, sizin ya mənim səhhətimdən ümumiyyətlə xəbəriniz yoxdur, ya da sizə verilən göstəriş əsasında özünüzü bilməməzliyə vurursunuz” yazan A. Çovdarov qeyd edib ki, həbs olunandan sonra cəmi bir dəfə 2016-cı ilin may ayında səhhətilə bağlı ekspertiza keçirilən zaman həkim ankoloq tərəfindən müayinə olunub: “Həmin müayinədən sonra keçən dörd ay ərzində bir dəfə də olsun həkim ankoloq tərəfindən müayinə olunmamışam. Halbuki Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Potoloji Anotomiya Birliyinin 102/KEŞ saylı 13 may 2016-cı il tarilxi ekspert rəyində mənim xərçəng xəstəliyindən əziyyət çəkdiyim açıq aydın şəkildə göstərilib”.

A.Çovdarov məktubunda öz vəsaiti hesabına müalicə almasına şərait yaradılmasını istədiyini də yazıb: “Dəfələrlə rəsmi şəkildə müraciət edərək öz vəsaitim hesabına həkim ankoloq tərəfindən müayinə olunmağımı xahiş etmişəm. Ancaq müraciətimə bu günə qədər münasibət bildirilməyib. O zaman sual edirəm ki, hansı əsasla nümayişkaranə şəkildə müsahibə verərək mənim səhhətimin normal olduğunu bildirirsiniz?”.

Cinayət işi materialları ilə tam şəkildə tanış olmadığnı qeyd edən Çovdarov bunu səhhəti ilə bağlı yaranan problemlərlə əsaslandırıb.

Səhhəti ilə bağlı açıqlamalar verən İftixar Qurbanovu başqalarının diqtəsi ilə danışmaqda ittiham edən Çovdarov öləcəyi təqdirdə günahkar olaraq onu görəcəklərini yazıb. “Baş verənlərdən görünən budur ki, kimlərsə sizin əliniz ilə məni məhv etməyə çalışır.

Onu da qeyd etmək istəyirəm ki, ailə üzvlərimə sizin bütün qanunsuz hərəkətlərinizlə bağlı, o cümlədən səhhətimlə bağlı verdiyiniz rəy və rəsmi müsahibələri daim toplayaraq saxlamalarını tapşırmışam. Çünki mən xəstəliyimin real olaraq hansı vəziyyətdə olduğunu və qanunsuz olaraq normal həkim müayinəsindən məhrum edildiyim üçün günü-gündən səhhətim pisləşdiyindən istənilən an bu xəstəliklərdən ölə biləcəyimi gözəl bilirəm. Əgər əziyyət çəkdiyim xəstəliklərdən ölərsəm, sizdən mənim sağlamlığımın normal olması barədə verdiyiniz məktub (rəy) və müsahibələrinizə görə mütləq hesab tələb olunacaq. Bu gün tələb olunmasa belə nə zamansa tələb olunacaq. Bunu özünüz də gözəl bilirsiniz”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə