Oktyabrın 25-dək hava qeyri-sabit olacaq -XƏBƏRDARLIQ
Oktyabrın 25-dək hava qeyri-sabit olacaq -XƏBƏRDARLIQ
19 Oktyabr 2016 / 12:43 / Baxış sayı: 850
Font1 Font2 Font3 Font4
Bizimxeber

Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13  dərəcə isti olacaq. 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında isə arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-9, gündüz 10-14, dağlarda gecə 0-5, gündüz 3-8 dərəcə isti olacaq.

Oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə