“Oksigen”lə bağlı cinayət işi açıldı
“Oksigen”lə bağlı cinayət işi açıldı
28 Oktyabr 2016 / 14:56 / Baxış sayı: 1538
Font1 Font2 Font3 Font4
Bizimxeber

Oktyabrın 26-da Biləsuvar rayon sakini, 2014-cü il təvəllüdlü Məhəmmədəli Həsənovun “Oksigen” klinikasında cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı cinayət işi açılıb.

Bakı şəhər prokurorluğundan Bizimxeber.az saytına daxil olan xəbərə görə, bu haqda Nərimanov rayon prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Toplanmış materialda ehtiyatsızlıqdan adam öldürmə cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə