Oksana yenə Elşaddan danışdı
Oksana yenə Elşaddan danışdı
06 Oktyabr 2016 / 15:16 / Baxış sayı: 976
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rəqqasə Oksana Rəsulova şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Sənətçi lent.az-ın “Facebook”da canlı efirində qonaq olarkən, keçmiş həyat yoldaşı, repçi Elşad Xose ilə yenidən birgə olması məsələsinə aydınlıq gətirib.

“Bir çoxları iddia edir ki, biz Elşadla yenidən birgəyik. İlk öncə onu deyim ki, Elşad Xose ilə barışmamışıq. Çünki heç küsülü də deyildik. 6 il öncə ailə həyatı qurduq, üzərindən 1 il ötəndən sonra isə boşandıq. Hazırda biz çox yaxşı dostuq. Biz-birimiz üçün doğma insanlarıq. Bu o demək deyil ki, Elşadla biz barışıb, bir yerdə yaşayırıq, sevgiliyik”, – deyə O.Rəsulova söyləyib.

Rəqqasə hələ ki, təkrar ailə həyatı qurmaq barədə düşünmədiyini deyib:

“Hazırda yenidən ailə qurmaq fikrim yoxdur. Çünki artıq başa düşürəm ki, hər şey səhvlər üzərində qurulmur. Amma səhvlərdən nəticə çıxarmaq lazımdır deyə, mən ərə getməyəcəyəm. Sərbəstəm, işimlə, karyeramla məşğulam. Zamanı gələndə, Allah qismət edər, bu olar. Sevgilim yoxdur. Çünki indi sevgili istəmirəm. Tənha qalmaq niyyətim də yoxdur. Hər gün mənə “İnstagram”da, “Facebook”da evlilik təklifi gəlir. Amma əhəmiyyət vermirəm”.
O.Rəsulova “Hindistandan elçi çıxsa “yox” deyərəm. Onu da deyim ki, Hindistana ailə qurmaq üçün getməmişdim. Əgər xəyallarım olmasaydı, ora getməzdim. Hindistan o ölkə deyil ki, orada yaşayım. Yəni oradan evlilik təklifi gəlsə, inanmıram ki qəbul edim”.

Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə