bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Oğul, səni maşına qurban vermək üçün böyütməmişəm”

1628 oxunma | Tarix: | 2 həftə öncə

Xalq artisti Bilal Əliyev Salyanda yaşayan atası ilə fotosunu paylaşıb. Axşam.az bildirir ki, atasının istəyi ilə “Maşın” şoudan gedən müğənni bunları qeyd edib: “Atam da, mən də sizləri salamlayırıq. Deyirəm, ata, dedin, gəldim. Niyə məni çağırdın? Qayıtdı ki, rəngin xoşuma gəlmədi, qorxdum sənə bir şey olar.

Maşın gəlib-gedər, ancaq oğlumu tapa bilmərəm. Oğul, səni bu vətən üçün böyütmüşəm, bir maşına qurban vermək üçün yox. Atam deyir ki, sən orada kimdənsə səs istəyirsən, Allah sənə səslərin ən mükəmməlini verib. Başqa heç bir səs sənə gərək deyil. Mən də atama heç nə demədim, qucaqlayıb, üzündən, əlindən öpdüm”.

XƏBƏRLƏR:  “Nə qədər şərəfsiz var imiş...” – Elton Azərbaycanı tərk etdi - Foto

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir