Əsas menu

Oğluna erməni adı qoymağa hazırlaşan Kardaşyan fikrindən döndü – Fotolar 

Surroqat ana vasitəsilə dördüncü dəfə ana olan amerikalı TV ulduzu Kim Kardaşyan uşağına qoyduğu adla hər kəsi təəccübləndirib. Yeni doğulan oğlunun fotosunu sosial şəbəkədə paylaşan Kardaşyan ona “Psalm” adını verdiklərini açıqlayıb. Adın mənası ivrit dilində “mahnı” mənasını verir.

Xatırladaq ki, Kardaşyan dördüncü uşağına erməni adını qoyacağını açıqlamışdı. İndoneziyalı falçının “bu uşaq atan Robertin reinkarnasiyası olacaq” sözlərindən sonra ulduz oğluna “Robert” adını qoyacağını açıqlamışdı. Ancaq Kardaşyanın qəfil qərar dəyişdirməsi hər kəsi təəccübləndirib.

Qeyd edək ki, Kardaşyanla Uestin Nors, Saint, Çikaqo adlı daha 3 övladı var. Onlardan ikisi bioloji, Çikaqo isə surroqat ana vasitəsilə dünyaya gələn uşaqdır.


Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*