Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“Oğlum 8-ci km bazarı tərəfdə gündəlik evlərdə qalıb” – İtkin düşən tələbənin atası

1902 oxunma | Tarix: | 2 ay öncə
 “13 gündür ki, oğlumun axtarışları davam edir”. Bu sözləri Lent.az -a açıqlamasında Əsədulla Cəfərovun atası Əfqan Cəfərov deyib. O bildirib ki, oğlu ilə birlikdə kamera vasitəsilə görüntülənən kişi də Əsədullanın axtarışda olduğunu bilib:
“Oğlum yeni kafe açıb işlədən kişiyə deyib ki, guya biz kəndə getmişik, özü də universitetdən çıxıb, iş axtarır. O da Əsədullaya deyib ki, 2-3 günə kafe açılacaq, onda gəlib işləsin. Ondan qaldığı yeri də soruşub, oğlum deyib ki, “Vosmoy” (8-ci km) bazarı tərəfdə gündəlik evlərdə qalır.

Dünən axşam tərəfi dediyi yerə də getmişəm. Orda da bildiriblər ki, 2 gündür oğlum orada getmir. İndi bazar ətrafında olan yerlərdə onu axtarıram. Ancaq heç nə çıxmır. Oğlumun qayıtmasını gözləyirəm, zəmanə pisdir, başına nə gələcək bilmirəm. Həm də onu bu yaşına qədər min cür əziyyətlə böyütmüşəm. İstəyim onaqovuşmaqdır”.

XƏBƏRLƏR:  Murad Dadaşovun obyektində ölüm hadisəsi

Qeyd edək ki, atasının bildirdiyinə görə, oğlunun evi tərk etməsinə səbəb bu il təhsil haqqını ödəyə bilməməsi və kəsrinin olması olub.

Əlavə edək ki, ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli bildirib ki, Ə.Cəfərov yeni dərs ilindən etibarən heç bir dərsdə iştirak etməyib. Bundan başqa universitet tərəfindən Əsədullanın təhsil haqqının ödənilməsində köməklik göstəriləcək.

XƏBƏRLƏR:  İki vəzifəli şəxs barədə cinayət işi başlandı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir