Obamanın qızı ofisiant işləyir (FOTO)
Obamanın qızı ofisiant işləyir (FOTO)
05 Avqust 2016 / 19:36 / Baxış sayı: 1232
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ Prezidenti Barak Obamanın qızı Saşa ilk iş yerinə qəbul edilib. Bu barədə Trend “Hello” jurnalına istinadən xəbər verir.

S.Obama yay aylarında Massaçusets ştatının Martas-Vinyard adasında yerləşən “Nancy`s” restoranında ofisiant işləyəcək. Saşa stollardan qab-qacaqları yığışdırır və kassada sifarışləri qəbul edir.

Prezident qızının təhlükəsizliyini Xüsusi xidmət orqanlarının əməkdaşları qoruyur. Qeyd edilir ki, onlar Saşaya iş zamanı “sərbəstliyini saxlamağa” şəraət yaradırlar.

“Nancy`s” restoranı balıq yeməkləri ilə məşhurdur. Bu restorana Obama ailəsi Martas-Vinyard adasında yay tətilləri zamanı tez-tez baş çəkir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə