Obamanı söydüyü üçün Çin Filippinlə münasibətləri möhkəmlədəcək
Obamanı söydüyü üçün Çin Filippinlə münasibətləri möhkəmlədəcək
06 Sentyabr 2016 / 16:46 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4
Bizimxeber

Çin Filippinlə münasibətlərini möhkəmləndirəcək. Bizimxeber.az saytı xarici mediaya istinadən bildirir ki, bu barədə ÇXR XİN nümayəndəsi Xua Çunyin sentyabrın 6-sında bəyanat verib. 

“Filippinlilər Çinin uzun illərdir qonşusudur. Biz çin-filippin münasibətlərini yaxşılaşdırmağı düşünürük.Bu hər iki dövlətin xalqları üçün əlverişlidir. Çin Filippinlə münasibətləri yaxşılaşdırmaq üçün dialoqa getməyə hazırdır”,-diplomat qeyd edib.

Bazar ertəsi günü Dutert  çıxışında Obama haqqında eşitmək istəmədiyini deyib. “Mən suveren ölkənin prezidentiyəm və biz çoxdan müstəmləkə deyilik. Filippin xalqı mənim üçün yeganə salihiyyət sahibidir. Siz sadəcə suallar yağdırmalı yox , insanlara hörmət etməlisiniz. Putang ina, mən sizin forumda söyməli olacam”, – Dutert bəyan edib.

Putang ina taqal dilindən tərcümədə it oğlu və ya fahişə oğlu kimi tərcümə edilir.

Bundan sonra Ağ ev prezidentlərin sammit çərçivəsində Laosdakı görüşünü ləğv elədi . Çərşənbə axşamı Dutert ifadəsinə görə təəssüfünü bildirib.

Associated Press məlumat verir ki, filippin lideri jurnalistin ABŞ tərəfin narkoticarətçiləri məhkəməsiz öldürməyi barədə sual verəndə Obamanı təhqir edib. Agentlik qeyd edir ki, Dutert 30 iyunda vəzifəyə keçəndə ölkədə 2 mindən çox insan ölümünə səbəb olan narkotik vasitələrin satışı və istifadəsində şübbhəlilərə qarşı müharibə elan edib.

 

Bizimxeber.az 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə