Obamanı söyən prezidenti öldürmək istədilər
Obamanı söyən prezidenti öldürmək istədilər
29 Noyabr 2016 / 16:15 / Baxış sayı: 778
Font1 Font2 Font3 Font4
Bizimxeber

Prezidentə sui-qəsd törədildi

Naməlum şəxslər Filippin Prezidenti Rodriqo Dutertenin kortejinin yaxınlığında partlayıcı qurğunu işə salıblar.
Bu barədə “Report” CNN telekanalına istinadən xəbər verir.
Partlayış nəticəsində prezidentin təhlükəsizlik xidmətinin 9 üzvü xəsarət alıb. Hadisə ölkənin cənubundakı Mindanao adasında yerləşən Maravi şəhərində baş verib.
Bildirilib ki, həmin an prezident kortejdə olmayıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Kortej R.Dutertenin səfərinə hazırlıqla əlaqədar Maraviyə doğru istiqamət alıb. Hələlik sui-qəsd cəhdinə görə prezidentin səfərinin təxirə salınıb-salınmayacağı barədə məlumat verilmir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə