Obamanı öldürmək istədilər SUİ-QƏSD PLANI
Obamanı öldürmək istədilər SUİ-QƏSD PLANI
30 Avqust 2016 / 12:22 / Baxış sayı: 658
Font1 Font2 Font3 Font4
Bizimxeber

Birləşmiş Ştatların Federal Tədqiqatlar Bürosunun (FTB) əməkdaşları ölkə prezidenti Barak Obamanı öldürmək istəyən Massaçusets ştatının sakini Cozef Qarqyulonu saxlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə BBC News məlumat yayıb. Məlumatda deyilir ki, FTB əməkdaşları onu hələ iyul ayından təqib etməyə başlayıblar.

FTB-nin məlumatına görə, 40 yaşlı Cozef Qarqyulo ABŞ rəhbəri ilə Martas-Vinyard adasında (Massaçusets ştatı) istirahətdə olarkən hesablaşmağı planlaşdırıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avqustun 27-də onun evində axtarış aparıblar. Əməliyyat zamanı odlu silah, patronlar, partlayıcı maddə, elektrşok qurğuları və ov bıçaqları aşkarlanıb.

İlkin məlumata görə, Qarqyulo müntəzəm olaraq steroid pereparatları qəbul edib və psixoloji durumu qaydasında olmayıb.

Qeyd edək ki, Barak Obama həyat yoldaşı Mişel Obama və iki qızı ilə Martas-Vinyard adasında 6-21 avqust tarixlərində istirahətdə olub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə