Obama Trampla birgə şəkil çəkdirmə mərasimindən imtina edib
Obama Trampla birgə şəkil çəkdirmə mərasimindən imtina edib
11 Noyabr 2016 / 11:17 / Baxış sayı: 572
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın hazırkı prezidenti Barak Obama ölkənin yeni seçilmiş rəhbəri Donald Trampla Ağ Evdə birgə şəkil çəkdirmə mərasimindən imtina edib.

Bu barədə  “Wall Street Journal” nəşri  xəbər verir.

ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentlərinin Ağ Evin qarşısındakı Cənub çəmənlikdə birgə şəkil çəkdirmə ənənəsi uzun tarixə malikdir. 2008-ci ildə Corc Buş analoji vəziyyətdə Obama ilə şəkil çəkdirmişdilər.

Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Obama və Tramp arasında sərt polemika baş vermişdi. Hillari Klintonu fəal dəstəkləyən B.Obama Trampın “Ağ Evə yaraşmadığını”, “lazımi təcrübəyə malik olmadığını” və “nüvə çamadanın ona həvalə etməyin” təhlükəli olduğunu bildirmişdi.

Bizimxeber.az 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə