Obama Suriyada olan problemlərdə Rusiyanı günahlandırır
Obama Suriyada olan problemlərdə Rusiyanı günahlandırır
05 Avqust 2016 / 11:35 / Baxış sayı: 554
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ prezidenti Barak Obama Suriya məsələsində Rusiyanın barışıq mövqesinə etibar etmədiyini bildirib.

Bizimxeber.az ria novostiyə istinadən bildirir ki, Obama Rusiya Federasiyasına və onun liderinə güvənə biləcəklərindən əmin deyil.  ABŞ Suriya məsələsində hərbi əməliyyatların bitməsinə çalışır.

Ağ evin rəhbərinin sözlərinə görə Rusiya Suriyadakı hərbi konfliktdə öz  ölkəsinin və sıravi vətəndaşının məhvində günahkar olan Bəşər Əsəd rejiminin tərəfindədir.

ABŞ prezidenti onu da qeyd edib ki, hal hazırda bölgədə sülhün təminatı çox vacibdir.

Bunun üçün Birləşmiş Ştatlar “Əl-Qaidə” və İŞİD əleyhinə Rusiya Federasiyası ilə əməkdaşlıq etməyə hazırdır. Obama xüsusi qeyd edib ki, İŞİD hərbi münaqişədə məğlubiyyətinə görə öz taktikasını dəyişib daha çox xarici ölkələrdə terror aktlarına üstünlük verir.

Suriyada 2016-cı il 27 fevralda atəşkəs qüvvəyə minib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə