Barak Obama ABŞ prezidenti qismində sonuncu xarici səfər çərçivəsində Almaniyaya gəlib. İki gün davam edəcək səfər zamanı Barak Obamanın Almaniya kansleri Angela Merkelle ikitərəfli görüş keçirəcəyi də məlum olub. Cümə günü Fransa prezidenti, Böyük Britaniya, İspaniya və İtaliya hökümət başçılarının da Almaniyaya gəlib Barak Obamayla görüşəcəyi gözlənilir.
ABŞ prezidentinin Brandenburqs darvazaları yaxınlığındakı “Adlon” otelində qaldığı bildirilir. Almaniya kansleri ilə ilk qeyri-rəsmi görüşü də məhz bu oteldə baş verib.
Almaniya hökümətinin yaydığı bəyanata görə, görüşlər zamanı Rusiyayla münasibətlər, Ukrayna böhranı, Suriyadakı vəziyyətin əsas müzakirə mövzusu olacağı gözlənilir.
Bizimxeber.az