Nyu-Yorkda güclü partlayış 29 NƏFƏR XƏSARƏT ALDI
Nyu-Yorkda güclü partlayış 29 NƏFƏR XƏSARƏT ALDI
18 Sentyabr 2016 / 10:55 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4
Bizimxeber

Nyu-Yorkda güclü partlayış törədilib.

Virtualaz.org xarici KİV-in yaydığı son məlumata istinadən bildirir ki, partlayış nəticəsində 29 nəfər xəsarət alıb.

Nyu-Yorkun Yanğınsöndürmə Xidmətinin yaydığı məlumata görə, xəsarət alanların zədələri ciddi deyil. Onlardan bəziləri təcili olaraq şəhər xəstəxanalarına çatdırılıb.

Partlayış axşam 8.30-dan sonra Manhettenin mərkəzində, altıncı və yeddinci prospektlər arasında 23-cü küçədə baş verib. Hüquq-mühafizə orqanları bildirirlər ki, partlayıcı qurğu gözdən əlillər üçün olan 14 mərtəbəli binanın yanında zibil qutusunda yerləşdirilib. Nyu-Yorkun antiterror bölməsi hadisə yerində təhqiqat aparır.

Xatırladaq ki, yeli KİV-in məlumatına görə, həmin gün daha bir partlayış Nyu-Cersi ştatının Sisayd Park şəhərində marafon keçirilən ərazidə baş verib. Qaçışlar ABŞ dəniz piyadaları tərəfindən xeyirxahlıq məqsədilə keçirilib. Partladıcı qurğu zibil qutusunda olub. Partlayışda zərər çəkən olmayıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə