“Nurçular qəzetimi satın almaq üçün mənə 10 min dollar təklif etdilər”
“Nurçular qəzetimi satın almaq üçün mənə 10 min dollar təklif etdilər”
27 İyul 2016 / 16:49 / Baxış sayı: 812
Font1 Font2 Font3 Font4
Bizimxeber
Qəzetin adını ona görə “Zaman” qoymuşdum ki, gələcəkdə bütün ölkələrdə bu adda çıxan (“Time”, “Время”, “Hora”, “Zeit” və s.) qəzetlərin alyansını yaradım. Bu işə qardaş türklərin “Zaman” qəzetindən (onda mən bu orqanın nurçulara bağlı olduğunu bilmirdim) başlamaq istəyirdim… 

…Qəzetimizin növbəti nömrəsi çapa hazırlanan vaxt əməkdaşlarımdan biri gəlib dedi ki, türklərin “Zaman” qəzetinin redaktoru mənimlə görüşmək istəyir. Açığı, mən özüm də onunla danışmağa hazırlaşırdım. Türk redaktor məni nəzakətlə qarşılayıb hal-əhval tutandan sonra birbaşa mətləbə keçdi:

Kardeşim, sen kendi gazetenin adından imtina etmelisen, çünkü biz burada aynı isimde gazete bırakmaya başladık. Türkiyədə “Aydınlıq”, “Hürriyyət” və s. adlı qəzetlər var. Sabah onlar da bura gəlsələr, bizim qəzetlər adlarını dəyişməlidirlər?

Türk redaktor məni məhkəmə ilə hədələdi…”.

Adil Zaman deyir ki, o, həmin vaxt bu barədə iradlarını mətbuat və informasiya naziri Sabir Rüstəmxanlıya bildirib. “Lakin Sabir bəy burada elə bir problem görmədi: – Türk qardaşlarımızdır, gəliblər, xahiş ediblər, biz də qeydiyyata almışıq. Açığı, sənin də bu adda qəzet buraxdığın tamam yadımdan çıxmışdı,- dedi.

Mən də məsələni böyütmədim. Amma “xain xoflu olar” deyiblər. Nurçular Mətbuat və İnformasiya Nazirliyinə müraciət edərək, mənim qəzetimi bağlatdırmaq üçün məsləhət istəyiblər. Lakin nazirliyin əməkdaşı hörmətli Xalidə Bağırova onlara başa salıb ki, əgər məhkəməyə müraciət etsələr, qanuna görə daha sonra qeydiyyata alınmış eyniadlı qəzet kimi onları bağlayacaqlar. Vəziyyətdən çıxmaq üçün qəzetin adına “Azərbaycan” sözünü də əlavə edərək, olublar “Zaman-Azərbaycan”. Lakin “Azərbaycan” sözünü elə formada və o qədər kiçik hərflərlə yazırdılar ki, insanlar əsl “Zaman”la nurçuların qəzetini qarışdırırdı”. Adil Zamanın sözlərinə görə, onun qəzetinin o vaxt təkcə Bakıda yox, həm də rayonlardakı populyarlığı nurçulara dinclik-rahatlıq vermirdi.

“1996-cı ilin yanvarında məni yeni türk redaktorla söhbətə dəvət etdilər. Bu dəfə nurçu cənab tamamilə başqa bir taktika seçdi. Azərbaycanda siyasi və iqtisadi vəziyyətin pis olmasından, iqtidarın bu gün-sabah devriləcəyindən, aranın qarışacağından və s. bir xeyli danışandan sonra dedi:

Onda bu gazete sana hiç gerekmeyecek. İşte bu zarfta 10000 dolar var. Al onu, gazeteni sat bize. Git kendine iş kur. Biz de yardım ederiz.

Mən onun sözünü kəsərək dedim: Azərbaycanda vəziyyət kifayət qədər sabitdir, ölkə də möhkəm əllərdədir. Nə qədər ki Heydər Əliyev var, müstəqilliyimiz də olacaq və mənim qəzetim də dövlətçiliyimizə xidmət edəcək. Mən jurnalistəm, öz işimi də sevirəm. Siz isə alver etmək üçün başqa adam axtarın. Elə etməyin ki, eyniadlı qəzet buraxdığınıza görə bu dəfə mən məhkəməyə müraciət edim…

Yenə də nurçular işlərini ehtiyatlı tutdular. Türkiyədəki “Zaman”ın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Mehmet Osman Sönməz “Meydan” qəzetinin sabiq redaktoru Zeynal Vəfaya geniş müsahibə verdi və həmin söhbət “Azərbaycan” qəzetinin 3 fevral 1996-cı il tarixli nömrəsində ““Zaman” qəzeti qardaşlığın rəmzidir” adı ilə dərc olundu. Müsahibədə Sönmez ad məsələsini xüsusi olaraq qeyd edirdi: “…Bir məsələni də xatırladım ki, buradakı “Zaman”la Türkiyədəki “Zaman” arasında kiçik bir fərq var. Buradakı qəzet “Zaman-Azərbaycan” ikən Türkiyədəki yalnız “Zaman”dır…”.

Bununla da nurçu cənablar özlərini sığortalayırdılar ki, birdən mən məhkəməyə müraciət etsəm, dövlət qəzetindəki bu yazıya da istinad edə bilsinlər.

Nurçular təkcə qəzetimizin adını yox, həm də “zaman.az” domenini mənimsəmişdilər. Nəhayət ki, haqq-ədalət öz yerini tapdı – həm qəzetin, həm də saytın fəaliyyəti dayandırıldı. Amma bu hələ başlanğıcdır. “Zaman-Azərbaycan”ın himayəsi altında fəaliyyət göstərən bütün fətullahçı müəssisə və təşkilatların da fəaliyyəti dayandırılmalıdır. Bunu həm Azərbaycan, həm də Türkiyə dövlətinin mənafeyi tələb edir”.

Azərbaycanda “Zaman” adı ilə nəşr olunan qəzetin baş redaktoru Adil Zaman Modern.az saytına verdiyi açıqlamada illər öncə baş vermiş hadisədən bəhs edib.

Onun bildirdiyinə görə, Azərbaycanda “Zaman” adlı ilk qəzet onun təsisçiliyi ilə 1991-ci ildə qeydiyyata alınıb. Lakin sonradan bu ada şərik çıxıblar. “1993-cü ilin aprelin­də mənim təsisçiliyimlə təkrar qeydiyyatdan keçmiş və həftədə bir dəfə çıxan “Zaman” qəzeti ola-ola o vaxtkı Mətbuat və İnformasi­ya Nazirliyi “Kütləvi İnfor­ma­si­ya Vasitələri haqqında” Qanuna zidd olaraq nurçuların “Zaman” qəzetini məndən xəbərsiz qeydiyyata almışdı. Bundan mən 1993-cü ilin yayında xəbər tutmuşdum.

Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə